Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olduğunu iddia edən fransız jurnalist Nataşa Rey gələn həftə Rusiyadan siyasi sığınacaq üçün müraciət edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin “RİA Novosti” ilə söhbətində məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, onun müvəkkili bunu Rusiyanın Parisdəki səfirliyi vasitəsilə edəcək.
O da qeyd olunub ki, Nataşa Rey Bricit Makronla bağlı apardığı araşdırmaya görə Fransada qanuni təqiblərlə üzləşib. Reyin sözlərinə görə, Fransa liderinin həyat yoldaşı kişi doğulub.
Jurnalist iddia edib ki, Fransanın birinci xanımının doğum adı Jan-Mişeldir.