AZ

İsveçdə məktəbdə atışma nəticəsində 10 nəfər həlak olub

İsveçin Orebro şəhərində məktəbdə baş verən atışmada təxminən on nəfər həlak olub, yerli polis bildirib.

Polis faciə qurbanlarının şəxsiyyətini müəyyənləşdirir. Qurbanların ümumi sayı hələlik məlum deyil. Daha əvvəl hüquq-mühafizə orqanları beş nəfərin yaralandığını bildirmişdi.

SVT televiziyasının məlumatına görə, hadisə çərşənbə axşamı günortadan sonra böyüklərin təhsil aldığı Campus Risbergska məktəbində baş verib. “Expressen” qəzeti mənbələrə istinadən yazıb ki, atəşi həyata keçirən silahlı şəxs intihar edib.

Hadisə yerində xilasedicilər və təcili yardım maşınları işləyir. Sakinlərə evdə qalmaq və məktəb ərazisindən uzaq durmaq tövsiyə olunub.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
7
oxumeni.az

1Mənbələr