AZ

ABŞ Poçt Xidməti Çindən paketlərin qəbulunu dayandırıb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti Çindən paketlərinqəbulunu dayandırıb.

Trend-in "SouthChina Morning Post" (SCMP)-a istinadən verdiyi məlumata görə, ABŞpoçt şöbəsi bu qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.Bununla belə, Çindən məktub və kiçik bağlamaların qəbulunun davametdiyi bildirilir.

SCMP qeyd edir ki, bu addımın ABŞ prezidenti Donald Trampadministrasiyasının Çin mallarına tətbiq etdiyi yeni tariflərəcavab olaraq Pekin tərəfindən görülən tədbirlərlə əlaqəliolub-olmadığı hələlik məlum deyil.

Xatırladaq ki, fevralın 1-də Prezident Tramp Kanada, Çin vəMeksikadan idxal olunan mallara əlavə gömrük rüsumları tətbiqedilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən, Çindən gələnmallara 10% əlavə rüsum tətbiq olunacaq.

Seçilən
4
az.trend.az

1Mənbələr