Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş rayon küçələrində bir sıra işlərin görülməsi ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvetmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi məbləği 569 641 AZN olub.
Qeyd: Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadədir.