AZ

USAİD Gürcüstandakı seçkilərə milyonlar xərcləyib - Spiker

Gürcüstan QHT-ləri 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkiləri üçün USAİD-dən 41.7 milyon dollar alıb və bu maliyyələşdirmənin məqsədi şəffaf deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

"USAİD siyasi QHT-lər vasitəsilə Gürcüstandakı seçkilərə 41,7 milyon dollar xərcləyib. Gürcüstan və ABŞ əhalisini müqayisə etsəniz, bu, ABŞ seçkilərinə 3,78 milyard dollar xərcləməyə bərabərdir. Başqa ölkədə seçkiyə 41,7 milyon dollar xərcləyib, o ölkənin xalqı qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil", - spiker bildirib.

Papuaşvili Gürcüstanda dövlət çevrilişinə cəhdlərə mütəmadi rəhbərlik edən təşkilatlara on milyonlarla dolların necə ayrıldığını izah etməyi tələb edib.

Qeyd edək ki, Tramp administrasiyasi USAİD-in fəaliyyətini dayandırıb və qurumda yoxlamalara başlayıb.

Milli.Az 

Seçilən
1
4
milli.az

5Mənbələr