AZ

Nissan və Honda-nın birləşmə planları dayandırılır

Bakı. Trend:

Yaponiyanın nəhəng avtomobil istehsalçıları Nissan Motor vəHonda Motor arasında planlaşdırılan birləşmə müzakirələri dayanmaqüzrədir.

Trend-inməlumatına görə, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Başlanğıcda tərəflərin birgə holdinq yaradaraq bizneslərinibirləşdirməsi nəzərdə tutulurdu. Lakin son məlumata görə, HondaNissan-a onun törəmə şirkəti olmağı təklif edib ki, bu da Nissanrəhbərliyində ciddi narazılıq doğurub. Nəticədə inteqrasiyadanışıqları təhlükə altına düşüb. Nissan hesab edir ki, hər ikitərəf üçün məqbul şərtlərə nail olmaq “faktiki olaraq mümkünolmayacaq”.

Mütəxəssislər bu ittifaqın, əsasən, elektrikli avtomobilsektorunda Çin istehsalçıları ilə güclənən rəqabətə cavab olaraqnəzərdə tutulduğunu bildirirlər. Əgər birləşmə baş tutsaydı, yenikorporasiya qlobal avtomobil sənayesində Yaponiyanın Toyota vəAlmaniyanın Volkswagen şirkətlərindən sonra üçüncü ən böyük şirkətəçevriləcəkdi.

Seçilən
15
az.trend.az

1Mənbələr