Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Kəpəz” Tovuzda “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Bu, sözügedən komandaların kubokdakı 13-cü oyunudur. Əvvəlki 12 oyunda “Kəpəz” 4, “Neftçi” 6 qələbə qazanıb, 2 görüş bərabərliklə yekunlaşıb. “Neftçi” son 6 matçda qol vurub. “Kəpəz” son 7 görüşdə qələbə qazanmayıb.
Günün digər oyunu “Sabah”la “Sumqayıt” arasında keçiriləcək. Masazırda baş tutacaq oyunu Əliyar Ağayev idarə edəcək. Bu komandaların əvvəlki yeganə kubok görüşündə “Sumqayıt” böyük hesabla qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi qapısını toxunulmaz saxlayıb – 3:0.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral
“Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 16:00.
“Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.
6 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 18:30.