AZ

Cəzaçəkmə müəssisələrində şagirdlər necə imtahan verir? - AÇIQLAMA

Cəzaçəkmə müəssisələrində 5 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 667 şagird təhsil alır.

 

Bəs, cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərin buraxılış imtahanı hansı formada keçirilir?

 

AzEdu.az Təhsil Portalı olaraq bu mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

 

DİM-dən verilən məlumata görə, buraxılış imtahanı normal attestasiya qaydalarına uyğun şəkildə keçirilir:


"Cəzaçəkmə müəssisələrində məktəblər mövcuddur. İştirakçılar imtahanı həmin müəssisələrdə verirlər", – deyə qeyd edilib.

Seçilən
6
azedu.az

1Mənbələr