AZ

İki İsrail əsgəri həlak oldu

İsrail Müdafiə Qüvvələrinin iki əsgəri İordan çayının qərb sahilində törədilən terror aktı nəticəsində aldığı yaralardan xəstəxanada ölüb.Vətəninfo.az  “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə , bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hadisə nəticəsində ehtiyatda olan qərargah çavuşu Ofer Jung və adının hələ azad edilməsinə icazəmiz olmayan başqa bir əsgər həlak olub”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İordan çayının qərb sahilindəki Taysir keçid məntəqəsi yaxınlığında atışma baş verib, nəticədə İsrail ordusunun 7 əsgəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İkisi ağır, ikisi orta, üçü isə yüngül yaralanıb. Terrorçu İsrail Müdafiə Qüvvələrinin cavab atəşindən sonra zərərsizləşdirilib.  

Seçilən
8
veteninfo.az

1Mənbələr