AZ

Somaili ilə neft və iqtisadi inkişaf sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

Somalidə səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu ölkənin neft və mineral ehtiyatlar naziri Dahir Şirlə görüşüb.

İki sahil” xəbər verir ki, bu barədə Somalinin Neft və Mineral Sərvətlər Nazirliyinin sosial müdia hesabında məlumat verilib.

“Şir xarici işlər nazirinin müavini Zati-aliləri Yalçın Rafiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə neft və iqtisadi inkişaf sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub. Müzakirələr Somali və Azərbaycan arasında investisiya imkanları və əməkdaşlığın gücləndirilməsinə yönəlib", – Somalinin Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatında qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
2
3
ikisahil.az

10Mənbələr