AZ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı SALINDI

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qurumun əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Seçilən
2
49
redaktor.az

10Mənbələr