AZ

Azərbaycan Kuboku: "Kəpəz" "Neftçi"yə, "Sabah" "Sumqayıt"a qarşı

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Operativ Media" xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Neftçi"ni qonaq edəcək.

Digər qarşılaşma isə Masazırda keçiriləcək. "Sabah" "Sumqayıt"ı sınağa çəkəcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

5 fevral

16:00 “Kəpəz” – “Neftçi”

Baş hakim: İnqilab Məmmədov

Tovuz şəhər stadionu

18:30 “Sabah” – “Sumqayıt”

Baş hakim: Əliyar Ağayev

“Bank Respublika Arena”

Seçilən
9
2
operativmedia.az

7Mənbələr