AZ

Sərnişin avtobusu yük maşınına çırpıldı

Türkiyədə İstanbuldan Giresuna gedən sərnişin avtobusu Samsunda yük maşınına çırpılıb.

Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü hadisə yerində ölüb, 16 sərnişin isə yaralanıb.

Məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. 

Hadisə yerinə çox sayda təcili yardım,  jandarma, xilasetmə qruplar sövq edilib. Yaralılar təcili yardımla Samsunda müxtəlif xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Seçilən
5
soz.az

1Mənbələr