Dalğıclar Vaşinqtonda qəzaya uğrayan təyyarədə həlak olan 67 nəfərin cəsədini tapıblar.
Söz.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Mütəxəssislər indiyədək həlak olan 66 nəfərin kimliyin müəyyənləşdirə biliblər.
Xatırladaq ki, yanvarın 30-da "Bombardier CRJ700" sərnişin təyyarəsi “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Təyyarə Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında Potomak çayına düşüb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, təyyarədə sağ qalan olmayıb.