ABŞ Prezidenti Donald Tramp Ağ evdə olan bütün prezidentlər arasında İsrailin ən böyük dostudur.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu Trampla görüşdən sonra bildirib.
"Mən bunu əvvəllər də demişəm, yenə deyirəm. Siz Ağ evdə İsrailin indiyədək olan ən böyük dostusunuz", – İsrail Baş naziri deyib.
Netanyahunun sözlərinə görə, məhz Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb və Amerika səfirliyini bu şəhərə köçürüb, həmçinin Colan təpələri üzərində yəhudi dövlətinin suverenliyini tanıyıb.
Bundan başqa, İsrail lideri qeyd edib ki, məhz Tramp ABŞ-ni "İranla fəlakətli nüvə sazişindən" çıxarıb. Netanyahu həmçinin ABŞ Prezidentinin HƏMAS qruplaşmasına qarşı mübarizədə İsrailin bütün məqsədlərinə çatmasına kömək edəcəyinə ümid etdiyini vurğulayıb.
"Cebheinfo.az"