AZ

Kişi “Tik-Tok”da video paylaşan arvadını döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttiham aktına əsasən, hadisə 16 iyul 2024-cü il tarixdə saat 04:20 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Vahid Qədirov idarə etdiyi “VAZ-21074” markalı avtomobilində olarkən arvadı, zərərçəkmiş Günayə Qədirova (şərti) ilə aralarında yaranmış ailə məişət və qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qadının sifətinə əli ilə qəsdən 2 dəfə vuraraq onun burun sümüyünə yüngül zərər yetirib.

 

Hadisədən sonra Vahid Qədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

O, məhkəmədə ifadəsində bildirib ki, yaşadıqları evdə olarkən arvadı qaynının toy məclisindəki videogörüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb. Mübahisə də eə bunun üstündə baş verib. Vahid arvadına irad bildirərək görüntüləri sildirməyi təklif edib. Sonra təqsirləndirilən şəxs Günayəni əli ilə vurub.

 

Kamal Məmmədov

 

Tarix: 5 Fevral 2025, 09:29   
Seçilən
9
1
pravda.az

2Mənbələr