AZ

Məhkəmə qonşusunu öldürən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Əliağa Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Əliağa Hüseyn oğlu Qasımov rayonu ərazisində 3-cü mədən küçəsində qonşusu Xəqani Həsənovu bıçaqlayıb. Ağır xəsarət alan Xəqani Həsənov yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əliağa Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Qasımov 14 il müddətinə azadlıqdan məhrum olunub.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 5 Fevral 2025, 09:30   
Seçilən
10
pravda.az

1Mənbələr