ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) iki təyyarəsi Matsuyama şəhərinin hava limanında təcili eniş edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Təyyarələrin modeli dəqiqləşdirilməyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Yaponiyada ölkədə yerləşdirilmiş ABŞ hərbi aviasiyası ilə bağlı vaxtaşırı kiçik insidentlər baş verir ki, bu da yerli əhali və regional hakimiyyət orqanlarının narazılığına və narahatlığına səbəb olur.