Uşaq Səfirlər Məclisinin Göyçay rayonu üzrə nümayəndələri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər günü münasibətilə “Gənc istedadlar” adlı məktəblərarası intellektual yarış keçirilib. Yarışa rayonun fəalları ilə yanaşı bir çox kənd və məktəblərdən gənclər cəlb olunub.
QHT.az xəbər verir ki, yarış başlamazdan əvvəl nümayəndələr hər il ölkəmizdə qeyd olunan gənclər günü ilə bağlı məlumat vermiş, gəncləri təbrik etmiş və yarışda onlara uğurlar arzu etmişlər. İştirak edən hər bir uşaq diplom və təşəkkürnamələrlə təltif olunub.
Onu da qeyd edək ki, bu yarışda 1, 2 və 3-cü yerlərə layiq görülən gənclər yarışın növbəti mərhələsində iştirak hüququ əldə ediblər. Nəticədə gənclər yarış vasitəsi ilə yeni biliklər, dostluqlar və faydalı təcrübələr əldə ediblər.