AZ

"Kəpəz"in yeni transferi: "Vəzifəmizin öhdəsindən gələ biləcəyik"

style='margin-bottom:10px;'>

“Yeni komandamda bir müddətdir məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdir”.

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Trent Buhagiar klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Maltalı futbolçu “Neftçi” ilə kubok matçında meydana çıxmağa ümidli olduğunu bildirib: “Mənə şans veriləcəyi günü səbirsizliklə gözləyirəm. Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olan qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.

Trent komandanın qarşısına qoyulan hədəfi bildiyini və bunun reallaşması üçün çalışacağını söyləyib: “Kollektivdə keyfiyyətli futbolçular çoxdur. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.

Seçilən
7
10
teleqraf.com

10Mənbələr