AZ

Bu küçədə yol illərdiracınacaqlı vəziyyətdədir - Sakinlərin şikayətinə BAXILMIR - VİDEO

Gəncənin keçmiş Muxtar Hacıyev adlanan, hazırda Aidə İmamquliyeva küçəsində yol problemi illərdir davam edir.

Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, sözügedən küçədə yolun asfalt örtüyü tamamilə sıradan çıxıb. Xüsusilə əlverişsiz hava şəraitində yağış, qar suları yolda yaranmış dərin çuxurlara dolur. Nəticədə piyadalarla yanaşı, sürücülər də ərazidən keçməkdə çətinlik çəkirlər. Uşaqlar yağışlı havada məktəbə ayaqqabıları və paltarları palçığa batmış şəkildə çatırlar. Sakinin sözlərinə əsasən, küçə o qədər keçilməz vəziyyətdədir ki, artıq taksi sürücüləri və təcili tibbi yardım briqadası çağırış ünvanına gəlməkdən imtina edir.

Digər tərəfdən su və kanalizasiya sistemlərinin çəkildiyi ərazidə qazıntı işləri aparılıb, lakin sonradan təmir-bərpa işləri görülməyib. Yola axan çirkab sular da çökəkliklərə dolaraq hərəkəti məhdudlaşdırır.

Sakin, acınacaqlı vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin şikayətlərinə cavab verilmədiyini qeyd edib.

Nərmin

Seçilən
2
avtosfer.az

1Mənbələr