Meksikanın Villahermosa şəhərində həbsxanada baş verən iğtişaşda 7 nəfər ölüb. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
“Tabasko Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən hadisələrlə bağlı araşdırma aparılır”, - məlumatda deyilir. Baş Prokurorluğun açıqlamasında deyilir ki, hadisə məhbusun qaçmağa cəhdindən sonra baş verib.