AZ

Tramp Netanyahu ilə görüşüb: “ABŞ Qəzza zolağına nəzarət edəcək”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Beləliklə, Netanyahu Trampın yeni prezidentliyi dövründə Ağ Evdə görüşdüyü ilk xarici lider olub.

Editor.az xəbər verir ki, Trampın Netanyahuya dəvəti ilə keçirilən görüşdə Tramp Oval Ofisdə Qəzzadakı son vəziyyətlə bağlı qiymətləndirmələr edib və mətbuat mənsublarının suallarını cavablandırıb. Tramp Qəzza zolağının sakinlərinin İordaniya və Misir də daxil olmaqla müxtəlif ölkələrə köçürülə biləcəyi fikrini təkrarlayıbbvə deyib: “Bu, İordaniya, Misir ola bilər, ya da başqa ölkələrlə əməkdaşlıq edərək dörd və ya beş bölgə qura bilərsiniz. Bunun tək bir bölgə olması lazım deyil; müəyyən bölgələri götürərək gözəl bir şəhər və insanların yaşaya biləcəyi keyfiyyətli ev tikə bilərsiniz. Çünki Qəzzadan geri qalmayacaqlarına zəmanətdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr