“Layiqəm, ancaq onu mənə heç vaxt verməyəcəklər” – Tramp
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq olduğunu deyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə danışıb.
“Mən buna (Nobel Sülh Mükafatına) layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər”, - Tramp bildirib.
Qeyd edək ki, yanvarın 21-də Belarus Prezidenti Aleksandr Lukaşenko münaqişələri həll edə biləcəyini sübut edə bilsə, Amerika lideri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.