AZ

Ötən ay 102 nəfər ZƏHƏRLƏNİB - 3-ü dünyasını dəyişib

Yanvar ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

"Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

Bizim.Media

Seçilən
2
32
bizim.media

10Mənbələr