![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/a886364b-8f96-36b1-9d1b-55191029409d_850.webp)
ABŞ-ın poçt xidməti Çindən bağlamaların qəbulunu dayandırıb. Bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat verib. Qəzetin məlumatına görə, ABŞ poçtu dayandırmanın səbəbləri barədə heç bir izahat verməyib, bununla belə Çindən məktub və banderolların qəbulu davam edir.
SCMP qeyd edib ki, bu addımın Pekin tərəfindən tətbiq edilən rüsumlarla əlaqəli olub-olmadığı hələ məlum deyil. Bu rüsumlar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən daha əvvəl Çin mallarına tətbiq edilən rüsumlara cavab olaraq qəbul edilmişdi.
Mətləb Salahov