AZ

UEFA Avropa çempionatının ev sahiblərini açıqladı

UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adlarını açıqladı

21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsinin yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, UEFA 2027-ci ildəki turniri Albaniya və Serbiyaya həvalə edib.

Adıçəkilən ölkələrinin hərəsinin 4 stadionu yarışa ev sahibliyi edəcək. Açılış matçının Serbiyada, final görüşünün isə Albaniyada təşkili planlaşdırılır. Serbiya və Albaniya meydan sahibi qismində Avropa çempionatında iştirak edəcək. Digər 14 yer uğrunda isə 2026 və 2027-ci illərdə seçmə mərhələ oyunları keçiriləcək.

Qeyd edək ki, U-21-lər arasında növbəti Avropa çempionatı iyunun 12-dən iyulun 5-dək Slovakiyada baş tutacaq.

Seçilən
6
msport.az

1Mənbələr