Şahmat tariximizdə uzun illərdən sonra ilk dəfə bütün fəal zəka ustalarının iştirakı ilə Azərbaycan çempionatı keçirilir.
Dünən kişi və qadınlar arasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Reytinqə əsasən, yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər turnirə bu mərhələdən qoşulublar. İlk oyunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Aydın Süleymanlı, Məhəmməd Muradlı rəqiblərinə qalib gəliblər. Vüqar Rəsulov Rauf Məmmədov, Eltac Səfərli Vüqar Əsədli, Vasif Durarbəyli Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov isə Nicat Abasovla bərabərə qalıblar.
Qadınların yarışında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva, Nərmin Kazımova qalib olublar. Nərmin Abdinova Səbinə İbrahimli ilə heç-heçə edib.
Olimpiya sistemi üzrə keçirilən yarışda 2 oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə, tay-brek oynanılacaq.
Leyla QURBANOVA
XQ