AZ

Armen Sarkisyanı Moskvada erməni əsilli kamikadze öldürüb?

Ukraynanın Təhlükəsizlik Xidməti Kiyevdə, Donbasda qətllər törədən və Maydan hadisələri ilə bağlı ittiham olunan şəxsi zərərsizləşdirib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib. 

Lakin Zelenski hüquq-mühafizə orqanlarının əməkdaşlarının hədəfinin bu yaxınlarda Moskvada "Araqats" yaşayış kompleksində baş vermiş partlayış nəticəsində öldürülən DXR Boks Federasiyasının prezidenti, "Arbat" batalyonunun yaradıcısı Armen Sarkisyan olub-olmadığını dəqiqləşdirməyib.

Ukrayna prezidenti qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti ukraynalıları öldürməkdə ittiham olunan şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib. Amma o, yuxarıda qeyd olunan hadisələr arasında əlaqəyə aydınlıq gətirməyib: "Belə olub-olmadığını söyləmək mənim üçün çətindir".

Xatırladaq ki, daha əvvəl Ukraynada Sarkisyan Ukrayna silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunub.

Onun qətli ilə bağlı müxtəlif versiyalar yayılır. Rusiya xüsusi xidmət orqanları bunun çoxdan planlaşdırıldığını iddia edir, ehtimallardan biri də onun erməni əsilli kamikadze tərəfindən öldürülməsidir.

Ağarza Elçinoğlu 

Seçilən
6
1
unikal.az

2Mənbələr