ABŞ Ukraynadakı müharibədən milyardlarla qazanc və əvəzsiz döyüş təcrübəsi əldə edib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri əldə edir:
“Bütün Avropa ölkələrinin belə bir tələbatı var. İnsanlar qorxur. Bu, böyük məbləğdə puldur. Amerika şirkətləri hətta lisenziyalardan milyonlar qazanıb, çünki onların Avropada ofisləri var. Yəni bu, milyardlarla gəlirdir”.