Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 4-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot,1 tapança, 6 qumbara, 14 tüfəng, 21 patron darağı və 1236 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.