AZ

Rusiya ordusu Zaporojyedə Starlink stansiyasını məhv etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində Ukrayna ordusuna məxsus Starlink peyk rabitə stansiyasının məhv edildiyini açıqlayıb. Zərbə "Dnepr" qrupunun kəşfiyyat PUA-ları tərəfindən Orexov istiqamətində endirilib.

Nazirlik bildirib ki, pilotsuz uçuş aparatının operatoru hədəfi tərk edilmiş bir tikilidə aşkarlayıb və dəqiq zərbə ilə onu məhv edib. Bu, Ukrayna qüvvələrinin operativ idarəetməsinə mane olub.

Xatırladaq ki, İlon Maska məxsus Starlink peyk rabitə sistemi 5,800-dən çox peykə malikdir və 60-dan çox ölkədə iki milyona yaxın istifadəçiyə xidmət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr