AZ

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın həbs edildi 

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb.

Ucnoqta.az-a DİN-dən verilən xəbərə görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
12
4
ucnoqta.az

5Mənbələr