AZ

"Azəristiliktəchizat”ın daha 5 qazanxanası yenidən qurulacaq

"Azəristiliktəchizat” ASC-nin balansında olan daha 5 köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəristiliktəchizat” məlumat yayıb.

Məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb. İlkin olaraq layihələndirmə işləri həyata keçiriləcək. Bu məqsədlə təxminən 185 min manat xərclənəcək.

Xatırladaq ki, bundan əvvəl 8 köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulmuşdu.

Seçilən
0
7
ikisahil.az

10Mənbələr