TASS-ın yaydığıməlumata görə,bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Təşkilatın nizamnaməsinə görə, USAID iqtisadiyyat, səhiyyə, təhsil və təcili humanitar yardımı dəstəkləməlidir. Amma faktiki olaraq agentlik 100-dən çox ölkədə ofisləri və illik büdcəsi 50-60 milyard dollar olan əsl cinayətkar şəbəkəyə çevrilib",- Rusiya rəsmisi Telegram kanalında yazıb.
Siyasətçi iddia edib ki, USAİD öz fəaliyyəti dövründə bəzi cinayətlərdə iştirak edib. Bunları törədənlər cəzalandırılmalıdır ki, bir daha belə hal olmasın.
"Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqtonda yerləşən mənzil-qərargahı bağlıdır. USAİD-in ləğvi məsələsi də müzakirə olunur. Hazırda törədilmiş cinayətlərdə günahkar olanların cəzalandırılması və belə halların bir daha təkrarlanmaması vacib amilə çevrilib", - Dövlət Dumasının sədri qeyd edib. O, həmçinin USAİD-ə aid edilən insanlığa qarşı cinayətlərin siyahısını təqdim edib.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta