Ajans.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şuranın Avrasiya Mərkəzinin baş direktoru səfir Con Herbstlə söhbət zamanı deyib.
“Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik. Eyni zamanda nə nə etmək lazım olduğuna dair ümumi fikir var.
Ancaq təbii ki, bəzi nüanslar var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə tezliklə olacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ankara İrəvanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirir.