AZ

Bu il neçə nəfər ipoteka ilə ev ala biləcək?

Bakı. Trend:

Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkünolacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzindəipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərininverilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə,birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq.

Trend xəbərverir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı VüqarBayramov sosial media hesabında yazıb.

O bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlətbüdcəsindən əlavə 100 milyon manat ayrılacaq.

Deputatın sözlərinə görə, dövlət büdcəsindən ayrılan buvəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçünistifadə olunur:

"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipotekakreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilinpayızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki,güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə30 il müddətinə təklif olunur".

"Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıqistiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərininverilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabınamüvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adiipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştliipoteka krediti verilib.

2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manataçatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipotekakreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ciildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi olabiləcək", - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, indiyədək fond tərəfindən 52 min 798 ipotekakrediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3milyard 338 milyon manatdan çoxdur.

Seçilən
7
22
az.trend.az

10Mənbələr