Ermənistan Azərbaycanın üçüncü ölkə qoşunlarının Azərbaycanla Ermənistan arasındakı sərhədə yerləşdirilməməsi ilə bağlı tələbi ilə razıdır.
Editor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda deyib. “Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədinə açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurmaq olmaz. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onların yerləşdirilməməsini təklif edirik”, – Nikol Paşinyan deyib.
Yada salaq ki, yanvarın ortalarında Azərbaycan və Ermənistan komissiyalarının sərhədlərin delimitasiyası üzrə növbəti iclası keçirilib. Tərəflər prosesə şimaldan – iki ölkənin Gürcüstanla sərhədindən başlamaq barədə razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az