ABŞ Prezidenti Donald Tramp İrana təzyiq etmək üçün sərəncam imzalayıb.
Maksimum təzyiq səyləri çərçivəsində Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan kampaniya keçirəcək.
“Cebheinfo.az” Ağ Ev-ə istinadən bildirir ki, bu strategiya Tehranın öz nüvə silahına sahib olmasının qarşısını almaq üçün İranın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün nəzərdə tutulub.
Tramp əvvəllər keçmiş prezident Co Baydeni neft sanksiyalarına nəzarət edə bilməməkdə günahlandırıb. O, Tehrana nüvə proqramını və Yaxın Şərqdəki silahlı qrupları maliyyələşdirmək üçün neft satmağa icazə verdiyini deyib.
“Reuters”-in qeyd etdiyi kimi, Trampın imzaladığı sənəd digər məsələlərlə yanaşı, ABŞ-nin maliyyə nazirinə İrana qarşı maksimum iqtisadi təzyiq, o cümlədən mövcud məhdudiyyətləri pozanlara qarşı sanksiyalar və onların həyata keçirilməsi mexanizmləri tətbiq etməyi nəzərdə tutur.