AZ

Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək

Latviya hakimiyyəti Ukraynadan olan qaçqınların latış dilini öyrənməsi üçün təxminən 4,7 milyon avro ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Məlumata görə, kurslar qaçqınlar, o cümlədən Ukrayna ərazisində orta təhsil almış yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub. 2025-ci ildə 6375 nəfərə yaxın ukraynalının latış dili kurslarında pulsuz iştirak edə biləcəyi planlaşdırılır.

Portalın məlumatına görə, Latviyada ukraynalı qaçqınlara latış dilinin öyrədilməsi proqramı 2022-ci ildən həyata keçirilir.

2024-cü ilin avqustunda Latviyanın “Rait Custom Research Baltic” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Latviya sakinlərinin yarıdan az hissəsi ölkə hakimiyyətinin ukraynalı qaçqınları qəbul etməsini dəstəkləyir.

Seçilən
1
1
report.az

10Mənbələr