AZ

Ankara Universiteti Qiymətləndiricilər Palatasıyla birgə təlim keçirə bilər

Türkiyənin Ankara Universiteti Azərbaycanın Qiymətləndiricilər Palatasıyla birgə təlim proqramları təşkil edə bilər.

“Report” Palataya istinadən xəbər verir ki, bu barədə qurumun təmsil olunduğu, Ankarada keçirilmiş 4-cü Beynəlxalq Daşınmaz Əmlakın İnkişafı və İdarəetmə Konfransında müzakirələr aparılıb.

Tədbirdə Palatanın sədri Nüsrət İbrahimov, sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, eləcə də qurumun üzvü iştirak edib və konfrans çərçivəsində Türkiyənin maliyyə və xəzinə nazirinin müavini İsmail İlhan Hatipoğlu, Türkiyənin Qiymətləndiricilər Birliyinin (TDUB) sədri Yaşar Bahçeci və onun vəkili Harun Tanrıvermiş ilə görüşlər keçiriblər. Görüşlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən 2025-ci ilin Beynəlxalq Qiymətləndirmə Standartlarının tətbiqi istiqamətləri geniş müzakirə olunub.

Müzakirələr zamanı qiymətləndirmə sahəsində vahid beynəlxalq standartların tətbiqinin əhəmiyyəti vurğulanıb, regional və qlobal bazarda rəqabət qabiliyyətinin artırılması yolları müzakirə edilib. Görüşlər nəticəsində tərəflər qiymətləndirmə sahəsində gələcək əməkdaşlıq üçün konkret addımların atılması barədə razılığa gəliblər. Bu, Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafına, qlobal bazarda mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Seçilən
3
2
report.az

4Mənbələr