2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin nüfuzlu iqtisadi nəşri "bm.ge"nin yaydığı məlumata qeyd edilib.
Məlumata görə, ümumilikdə 2024-cü ildə Gürcüstanın bal ixracı kəskin azalıb. Belə ki, il ərzində 33.8 ton bal ixrac edilib, bu da 2023-cü illə müqayisədə 64.41% dəyər, 69.4% isə həcm baxımından azalma deməkdir.
Bildirilib ki, Gürcüstanın bal ixracında Azərbaycan əsas bazar olaraq qalır.
"2024-cü ildə bal ixracının əsas bazarları arasında Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya yer alıb", - məlumatda vurğulanıb.