AZ

Azərbaycan çempionundan “Ferentsvaroş”a – RƏSMİ

“Qarabağ”dan ayrılan braziliyalı futbolçu Julio Romaonun Macarıstan təmsilçisi “Ferentsvaroş”a keçidi rəsmiləşib.

Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

2022-ci ildən Azərbaycan çempionunda çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

Seçilən
12
5
msport.az

10Mənbələr