AZ

Məktəbin dəhlizində xoruz, həyətində qoyunlar - VİDEO

Məktəb binasında tragikomediyanı əks etdirən görüntülər çəkilib.

Ölkə.Az xəbər verir ki, sosial mediada yayılan videoda "baş rolda" qoyunlar və xoruzdur.
Belə ki, videonun Sabirabadda lentə alındığı bildirilir.
"Bizim məktəbə bax. Karidorda (dəhliz) xoruz gəzir. Gör, biz necə oxuyuruq. Həyətdə qoyunlar otlayır. Bizim məktəbin gününə bax, belə məktəb olar?!", - deyə görüntüləri mobil telefonu ilə qeydə alan şəxs deyir.
Qeyd edək ki, videonun nə zaman və harada çəkildiyi barədə dəqiq məlumat yoxdur. Görüntülər barədə rəsmi açıqlama verilməyib.

Seçilən
0
1
yenilik.az

2Mənbələr