AZ

Julio Romaonun vida sözləri - Video

Braziliyalı futbolçu Julio Romao "Qarabağ" klubu ilə yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi vida videosu yayımlayaraq klub və azarkeşlərlə sağollaşıb. O, Macarıstan "Ferentsvaroş"u ilə müqavilə bağlayıb.

"Hamını salamlayıram, artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol, "Qarabağ", çox sağ ol Azərbaycan!" - deyə futbolçu bildirib.

Qeyd edək ki, Julio Romao "Qarabağ"a 2022-ci ildə Portuqaliyanın "Santa Klara" klubundan transfer olunub. Yarımmüdafiəçi "köhlən atlar"ın heyətində bütün turnirlər daxil olmaqla, 120 matç keçirib və 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar qiyməti hazırda 800 min avro təşkil edir.


Müəllif: Teleqraf.com
Seçilən
2
1
teleqraf.com

2Mənbələr