AZ

"PAŞA Kapital" şirkətinin dövriyyəsi 50% artıb - ŞİRKƏT BÖYÜYÜR

«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 50% artıb.

FED.az xəbər verir ki, bu ilin yanvar ayında şirkətin birja dövriyyəsi 3 milyard 893,5 milyon manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 1 milyard 288,6 manat və ya 49,5% artıb.

Bu dövrdə QSC-nin dövlət istiqrazları üzrə dövriyyəsi 559,8 min manat, korporativ istiqrazları üzrə dövriyyəsi 97,1 milyon manat,  repo əməliyyatları üzrə dövriyyəsi 3 milyard 795,9 milyon manat olub.

Cari ildə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin korporativ istiqrazlarının dövriyyəsi 76,9% (42,2 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 84,5%  (1 milyard 288,6 manat) artıb.

Son bir il ərzində «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 593-ə bərabər olub.

Seçilən
2
fed.az

1Mənbələr