AZ

Türkiyənin yanvar ayında polad ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artaraq, 1 milyon 251 min 740 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 280 min 629 dollar məbləğində polad ixrac edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz çoxdur

Keçən ilinyanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.

Seçilən
0
19
turkic.world

10Mənbələr