AZ

“Fair Play” mükafatının sahibi bəlli olub

Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunan nüfuzlu "Tata Steel Chess" turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilən “Fair Play” mükafatının 2025-ci il üçün sahibi məlum olub.

Apasport.az xəbər verir ki, turnirin bağlanış mərasimində “Fair Play” mükafatının təsisçisi Qasım Həşimovun Avropa çempionu Vüqar Həşimovun adının yaşamasında həyata keçirdiyi layihələr, Azərbaycanda təşkil olunan Vüqar Həşimov Memorialının reallaşmasında gördüyü işlər yüksək qiymətləndirilib.

Ardınca ötən ay dünyasını dəyişən Qasım Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə “Fair Play” mükafatını qazanan şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Nodirbek Abdusattarov (Özbəkistan) və Nogerbek Kazıbekə (Qazaxıstan) verilib. Hər iki şahmatçıya mükafatı Vüqar Həşimovun qardaşı, Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov təqdim edib.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Bu il “Fair Play” mükafatı 10-cu dəfə təqdim olunub.

Süleymanlı Niderlandda ikinci oldu

Süleymanlı Niderlandda liderdir

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şahmat üzrə Azərbaycan çempionatı başlayır

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək - VİDEO

Seçilən
0
4
apasport.az

5Mənbələr