AZ

Kerem Aktürkoğluna PİS XƏBƏR: yeri "əldən gedir" - FOTO

"Qalatasaray"dan "Benfika"ya transfer olan Kerem Aktürkoğlu sezona fırtına kimi başlasa da son həftələrdə performansında yaşanan düşdü.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk 11-dəki yerini Andreas Şhelderupa verən Aktürkoğlu daha bir şok yaşayıb.

Belə ki, "Benfika" "Braqa"da uğurlu çıxışı ilə diqqət çəkən, Türkiyə Superliqasında daha əvvəl "Qalatasaray" və "Fenerbahçe"də oynamış Brumanı 6 milyon avro qarşılığında heyətinə qatıb. Bu transferlə birlikdə Keremin mövqeyində artıq 3 futbolçu var.

Atdığı qollar və verdiyi asistlərlə Portuqaliyada manşetləri bəzəyən türkiyəli oyunçunun əsas heyətdəki yerinin təhlükəyə düşdüyü bildirilir.  Son oyunlarda baş məşqçi Bruno Laqe 20 yaşlı danimarkalı Andreası ilk 11-də oynatmağa başlayıb.

Tural 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
1
milli.az

2Mənbələr