AZ

Hərbi məhkəmə Paşayevi həbsdən azad etmədi

İkinci Qərb Dairə Hərbi Məhkəməsi dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini martın ortalarına qədər uzadmış Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təqsirləndirilən şəxsin barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmənin mətbuata və ictimaiyyətə qapalı keçirilməsi barədə qərar qəbul edilməzdən əvvəl birinci instansiya məhkəməsində məlum olub ki, Paşayevə qarşı ikinci dəfə dələduzluq maddəsi ilə ittiham irəli sürülməyib.
İş üzrə zərərçəkmiş şəxs Zaxarova soyadlı şəxsdir. Paşayevin müdafiəsi bildirib ki, o, ona qarşı irəli sürülən epizodların heç birində təqsirli olduğunu etiraf etmir.

Seçilən
4
ucnoqta.az

1Mənbələr